Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat: Qamətin müavini saxlanılıb (VİDEO)

Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat: Qamətin müavini saxlanılıb (VİDEO)
Video
Hadisə 2539

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib. BAKU.WS-in məlumatına görə, Yasamal rayon Polis İdarəsindən bildirilib ki, "Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı "vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq. Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 40 radikal islamçı saxlanıldı

Bakıda 40 radikal islamçı saxlanıldı

Dünən gecə Yasamal rayonunda keçirilən əməliyyat zamanı xüsusi xidmət orqanlarının əməkdaşları radikal islamçılarla əlaqəsi olduğu ehtimal olunan 42 nəfəri saxl...

977 Hadisə 13:45 23 oktyabr 2015

Son xəbərlər