Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurladılar (VİDEO)

Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurladılar (VİDEO)
Video
Hadisə 1476
Bakıda türkiyəli iş adamının evi qarət edilib.BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər