Bakıda tanınmış yazıçının 12 yaşlı nəvəsi dərman içib öldü (FOTO)

Bakıda tanınmış yazıçının 12 yaşlı nəvəsi dərman içib öldü (FOTO)
Hadisə 12898

Paytaxtda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

"Report” bildirir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Səbail rayon 6 nömrəli tam orta məktəbi Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirib.

Məktəbin direktor köməkçisi Rəna Mirzəyeva aznews.az-a açıqlamasında onu yaxşı oxuyan şagird kimi tanıdığını və imtahanlardan yaxşı qiymətlər aldığını deyib: "İnzibati imtahandan 5, 4, 3 qiymətlər alıb. 2 almayıb ki, depressiyaya düşsün. Yəni, bu səbəb ola bilməz. Yaxşı və fəal şagird olub. Fərəh intihar eləməyib axı. Gərək ona evdə nəzarət eləyərdilər. Nənəsinin dərmaını içib və özü də yüksək miqdarda".

R.Mirzəyeva mərhumun hadisədən əvvəl xəstələndiyini və 3 gün dərsə gəlmədiyini də vurğulayıb: "Fərəh atasız uşaq idi. Biz ailə məsələlərinə qarışmırıq. Bəlkə, onun evinin içində problemlər vardı?! Sadəcə olaraq, biz bunlardan xəbərsizik. Məktəb yoldaşları ilə də mehriban olub, hamı onun xətrini çox istəyirdi. İndi bütün məktəb şokdadır".

Səbail Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

BAKU.WS

Son xəbərlər