Bakıda taksi sürücüləri turistdən şəhəri gəzdirmək üçün 6380 dollar aldı
Bakıda taksi sürücüləri ABŞ-dan gələn turistdən böyük qazanc əldə edib.
BAKU.WS-in məlumatına görə, bu barədə "Sputnik Azərbaycan"a hüquq-mühafizə orqanlarından bildirilib.
Sabail rayonu 39-cu polis bölməsinə şikayətlə müraciət edən Elizabet Rouz (1970) bildirib ki, Azərbaycana istirahət etmək üçün gəlib və taksi sürücüləri tərəfindən aldadılıb. Rouzun sözlərinə görə, taksi ona həddən artıq yüksək qiymətlərlə xidmət göstərib. 22 iyun tarixində Ramin adlı taksi sürücüsü turisti Bakıda gəzdirmək adı ilə 1380 ABŞ dolları pul alıb.
23 iyun tarixində isə İlqar adlı taksi sürücüsü turistə kömək etməyə təklif edib və öz xidmətləri müqabilində beş min dollar alıb.
Hazırda 39-cu polis bölməsinin əməkdaşları fırıldaqçıları tapmağa çalışır.
Şahin
BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədov taksi sürüclərinə xəbərdarlıq etdi: "İngilis-rus dillərini öyrənin"
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə taksi sürücülərinə müraciət edir. BAKU.WS xəbər verir ki...