Qızları zorlayan azərbaycanlı taksi sürücüləri saxlandı
Rusiyada azərbaycanlı taksi sürücüləri iki qızı zorladıqları üçün saxlanıblar.
BAKU.WS-in Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, zorlanma hadisəsi 25 mart və 26 mart tarixlərində baş verib. İstintaq tədbirləri zamanı məlum olub ki, Azərbaycan vətəndaşları gənc qızı Ulan-Ude şəhəri yaxınlığında bir əraziyə aparıblar.
Kişilərdən biri qurbanı ilə internetdə tanış olub. Taksi sürücüləri şəhərin kənarında qızı zorlayıb və daha sonra şəhərə qayıdıblar. Anoloji hadisə Ulan-Udenin gecə klublarından birinin qarşısında da qeydə alınıb. Azərbaycanlı taksi sürücüləri gənc qızı mənzil başına düşürəcəklərini desələr də, yol kənarında saxlayaraq ona təcavüz ediblər.
Polis axtarışlar nəticəsində cinayətlərin törədilməsində şübhəli bilinən şəxsləri saxlayıb.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisilə Qarabağ əlili arasında insidentlə bağlı rəsmi açıqlama (VİDEO)
Bu gün səhər saatlarında Bakının "20 yanvar” metrosu yaxınlığında yol polisilə Qarabağ əlili arasında baş verən insident Bakı şəhər Dövlət Yol Polisi tərəfindən...