Bakıda ərəblərin aldığı lüks oteldə yanğın (VİDEO)
25
iyn
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Monolit Plaza”da yanğın olub.APA-nın məlumatına görə, yanğın restoranın mətbəxində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, Kuveytli investor Bakıda yerləşən “Monolit Plaza” lüks hotelini alıb. Bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib. Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: “Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”. BAKU.WS
Oxşar xəbərlər
Ərəb milyarder Bakıda lüks hotel aldı (VİDEO)
Kuveytli investor Bakıda yerləşən “Monolit Plaza” lüks hotelini alıb.Bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.Mənbənin sözlərinə görə, hotelin yaxınlar...