Bakıda qadın 7 kişini aldadıb pullarını aldı

Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib.
BAKU.WS report.az-a istinadən xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarına şikayət edib.
Belə ki, Binəqədi rayonunda Bakı şəhər sakini 1980-ci il təvəllüdlü S.Nəsirova işə düzəltmək adı ilə 1965-ci il təvəllüdlü Ramiz Quliyevdən 4 min manat, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədovdan 1 500 manat, 1989-cu il təvəllüdlü Alı Əmirovdan 1 275 manat, 1986-cı il təvəllüdlü Ədalət Hüseynovdan 6 456 manat, 1977-ci il təvəllüdlü Hüseyn Həsənlidən 1 200 manat, 1985-ci il təvəllüdlü Bəxtiyar Axundovdan 800 manat, 1993-cü il təvəllüdlü Cəmil Nəbiyevdən 1 200 manat pul alıb.
Hazırda qeyd olunan faktlarla bağlı araşdırma aparılır.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda tələbələr arasında dava: İki nəfər bıçaqlandı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədi rayonunda dava salıblar, dava zamanı bıçağa da əl atıblar. BAKU.WS xəbər verir k...