Bakıda polis əməkdaşı qayınatasının şikayəti əsasında həbs edildi

Bakıda polis əməkdaşı qayınatasının şikayəti əsasında həbs edildi
Hadisə 3593
 

Ceyhun Tofiq oğlu polis əməkdaşı olub. Qayınatası tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra o, işdən çıxarılıb.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Ceyhun Hüseynov qayınatası Əbuzər Əhmədova qarşı dələduzluq edərək onun külli miqdarda pulunu ələ keçirib. C.Hüseynov qayınatasından əvvəlcə iş görmək adı ilə pul alıb, daha sonra isə Rusiyada yaşayan qayınatasının ev almaq üçün ona göndərdiyi pulu ələ keçirib. İş üzrə zərərçəkmiş ikinci şəxs isə Ceyhun Hüseynovun baldızı Lalə Əhmədovadır.

Lalə Əhmədovanın isə qızıllarının C.Hüseynov tərəfindən ələ keçirildiyi qeyd edilir. Belə ki, L.Əhmədova qızıllarını bacısı Xəyalə Hüseynovanın evində saxlayırmış. C.Hüseynov həyat yoldaşından bacısının qızıllarını iş görmək adı ilə alıb, amma sonra geri qaytarmayıb.Elan olunan ittiham üzrə özünü qətiyyən təqsirli bilməyən C.Hüseynov deyilənlərin böhtan olduğunu söyləyib.

Sabiq polis əməkdaşı qayınatasının ev almaq üçün göndərdiyi pulun taleyindən danışarkən bunları deyib:

"Ev almaq üçün 48 min pul var idi. Deyildiyi kimi də ev aldıq. Amma sənədi olmadığı üçün istəmədilər. Sonra evi 55 minə satdıq. Pulu da makler mənim yanımda Laləyə verib. Mən pulu görməmişəm.

Lalənin qızıllarını almağıma gəlincə, o, yalan danışır. Lombarda qoyduğum qızıllar yoldaşımın və özümündür. Lalənin qızıllarından xəbərim yoxdur.

Mən polis işçisi olduğum üçün əlavə heç bir işlə məşğul olmurdum. Mebel işi görməyim də yalandır”.

Məhkəmədə zərərçəkmiş kimi tanınan C.Hüseynovun qayınatası Əbuzər Əhmədov da ifadə verib.O, təqsirləndirilən şəxsin qayınatası olmaqla yanaşı, qohum olduqlarını da söyləyib və qeyd edib ki, öz pulunun və qızıllarının ələ keçirildiyini bildikdən sonra Bakıya gəlib:

"İlk dəfə 2008-ci ildə pul vermişəm. Mebel satışı il məşğul olduğunu, qazanc ələ edəcəyini deyirdi. 12 mini maşın almaq üçün verdim. Həmin maşınla mebel daşıyacaqdı. Sonra 13 min də istədi. Dedi ki, rayonlara mal danışıyırlar. Maşın balaca olduğundan sərf eləmir. Bu pulla böyük maşın alacaqdı. Deyirdi ki, iş quracaq, gələcəkdə mən də qazanc əldə edəcəkdim. Nə vaxtsa qayıtsam, mənim üçün də iş olar”.

Rusiyada yaşayan Ə.Əhmədov sonuncu dəfə kürəkəninə ev almaq üçün 48 min manat pul göndərdib. Həmin pulu bank vasitəsi ilə 3 ayrı-ayrı şəxsin adına göndərib.

"48 mini ev almaq üçün göndərdim. Dedi ki, başqa adamın adına göndərim. Özünün banka borcu olduğu üçün adına pul göndərdilməsini istəmədi. Mən də pulu onun dediyi adamların adına göndərmişəm. Bütün bank sənədlərini də istintaqa təqdim etmişəm. Ev alınanda sənədi olmadığı üçün razı olmadıq. Sonra həmin ev 55 minə satıldı. Mən 48 min göndərmişdim. Pulu qızım Laləyə verib. Sonra iş görmək adı ilə pulun hamısını ondan alıb. Deyib ki, xaricdən bahalı mebellər gəlib, yaxşı pul qazanacaqmış. Bundan sonra pulu geri qaytarmadı”- deyə zərərçəkmiş ifadəsində söyləyib.

İş üzrə digər zərərçəkmiş Əbuzər Əhmədovun qızı Lalə Əhmədova eyni məzmunlu ifadə verib və əlavə edib ki, Rusiyaya qayıdarkən qızıllarını da özü ilə aparmaq istəyib. Amma bacısının yoldaşı onu bu fikrindən daşındırıb:

"Ceynun bacımın yoldaşdır. Həm də xalamın oğludur. Ceyhun dedi ki, qızıllar çoxdur. Gömrükdə problem yaranacaq. Polis idi, qanuni bilirdi deyə onun dediklərinə inandım. Az hissəsini apardım. Qalanlarını da bacıma verdim ki, saxlasın. Bir müddət keçəndən sonra qayıdanda bacımın evinə getdim. Bacım telefonda Ceyhunla danışırdı. Gördüm ki, nəsə problem var. Bacım Ceyhuna dedi ki, "mənim başıma oyun açma, qızılları gətir, yerinə qoy”. Mən də bacımdan nə baş verdiyini soruşdum. Dedi ki, Ceyhun iş görmək adı ilə qızıllarını aparıb. Mən də öz qızıllarımı soruşdum . Dedi ki, evdədir. Gətirib göstərməsini istədim. Baxdıq ki, qutuları yerindədir, amma qızıllar yoxdur.

Ev məsələsində də belə aldandım. Evi 48 minə aldıq, amma sonra 55 minə satdıq. Pul məndə idi. Ceyhun əvvəlcə 3 min maklerə vermək üçün aldı məndən. Sonra da iş üçün pulu iki dəfəyə məndən istədi. Axırda da vəziyyət belə oldu”.

Hakim bildirib ki, iş üzrə əsas şahid qismində tanınmış Ceyhun Hüseynovun həyat yoldaşı, Əbuzər Əhmədovun qızı Xəyalə Hüseynova da dindirilməlidir. Hakim Lalə Əhmədovadan növbəti prosesə bacısı Xəyaləni də gətirməsini istəyib.

Amma hakimin bu sözlərinə təqsirləndirilən Ceyhun Hüseynov etiraz edib və deyib: "Xəyalə nə Laləni bacı, nə də Əbuzəri ata kimi tanımır”.

Qeyd edək ki, Ceyhun Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinir.

BAKU.WS

Oxşar xəbərlər

Polis rəisinin arvadına 9 il cəza verildi

Polis rəisinin arvadına 9 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS-in "Qafqazinfo”ya...

5245 Sosial 14:56 10 may 2017

Son xəbərlər