Bakıda özünü binadan atan qızın intihar SƏBƏBİ BİLİNDİ (FOTO)

Bakıda özünü binadan atan qızın intihar SƏBƏBİ BİLİNDİ (FOTO)
Hadisə 39977
Dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında özünü çoxmərtəbəli binadan atan qızın tələbə olduğu üzə çıxıb.BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili aldığı məlum olub. Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Bildirilir ki, 24 yaşlı qızın atası yeni rəhmətə gedib. Bundan sonra o, dərin sarsıntı keçirib. İntihar faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.Hadisənin dəqiq səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər