Bakıda şortik geyindiyi üçün döyülən qızın intihar XƏBƏRİNƏ RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda şortik geyindiyi üçün döyülən qızın intihar XƏBƏRİNƏ RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 24037
Bakı metrosunda “şortik” geyindiyi üçün ətrafdakı insanların təzyiqinə məruz qalan Günay adlı qızın intihar etməsi haqda xəbər yayılıb.BAKU.WS xəbər verir ki, bu barədə kosmetoloq Elnarə Rzayeva İnstaqram hesabında yazıb. O, paylaşdığı fotonun həmin xanıma məxsus olduğunu bildirərək, onun intihar etdiyini bildirib. Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS -ə bildirdilər ki, həmin qızın özünü öldürməsi və yaxud intihara cəhd etməsi ilə bağlı məlumat daxil olmayıb. Qeyd edək ki, Bakı metrosunda gənc qız şortik geyinməsinə görə orta yaşlı qadının və oğlanın hücumuna məruz qalıb. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə sərt tənqid olunub. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər