Bakıda naməlum şəxs qadını körpüdən atıb
24
yan
2017
11:19
Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsində Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub.
Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.
Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.
Faktla bağlı cinayət işi başlanıb.
BAKU.WS
Oxşar xəbərlər
Kişi özünü körpüdən atıb intihar etdi
Bakı-Sumqayıt şosesində, Ekologiya postunun yaxınlığında 1983-cü il təvəllüdlü Qasımov Anar Nazir oğlu özünü körpüdən aşağı atıb. BAKU.WS "Report”-a istinadən...