Bakıda MTN-in keçmiş əməkdaşı qadın üstündə öldürüldü

Bakıda MTN-in keçmiş əməkdaşı qadın üstündə öldürüldü
Hadisə 2177

Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.BAKU.WS xəbər verir ki, bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.

Bununla belə, məlum olub ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes maraqlarının toqquşması yox, qısqanclıq olub.

Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda qətlə yetirilən iş adamı keçmiş MTN-çi olub

Bakıda qətlə yetirilən iş adamı keçmiş MTN-çi olub

Ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı Xətai rayonunda odlu silahla qətlə yetirilib.BAKU.WS xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a...

4777 Hadisə 12:20 21 dekabr 2018

Son xəbərlər