Eldar Mahmudovun cinayət ortağı Bakıya gətirildi

Eldar Mahmudovun cinayət ortağı Bakıya gətirildi
Siyasət 4225
Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər.BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.Xatırladaq ki, son günlər ərzində S.Ağayev Hacıyev-Mahmudov işi üzrə saxlanılmış ikinci axtarışda olan şəxsdir. Yanvarın 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından biri Emin sadiq Azərbaycana ekstradisiya edilib.BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun köməkçisi həbs olunub

Eldar Mahmudovun köməkçisi həbs olunub

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib.BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məluma...

4682 Hadisə 22:11 03 noyabr 2017

Son xəbərlər