Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var

Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var
Hadisə 3887
Bakıda iki silahlı qrup arasında atışma olub."Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb.Belə ki, iki qrup arasında "Makarov" tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər