Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb
Hadisə 1857
Bakıda mənzildən meyit tapılıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1939-cu il təvəllüdlü Şişilova Qalina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.BAKU.WS

Oxşar xəbərlər

Xəzərin sahilində meyit tapılıb

Xəzərin sahilində meyit tapılıb

Bakıda dəniz sahilində meyit tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə...

1666 Hadisə 10:43 01 avqust 2017

Son xəbərlər