Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var - VİDEO/FOTO

Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var - VİDEO/FOTO
Video
Hadisə 1286
 

Bakıda mikroavtobus aşıb. BAKU.WS xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb.

Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir. 3 saylı şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.  

BAKU.WS

Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var - VİDEO/FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər