Bakıda metronun qarşısında DƏHŞƏTLİ HADİSƏ
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 12-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Fərman Mustafayev münaqişə zəminində paytaxt sakini Namiq Qaralovun müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib. N.Qaralov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Report-un verdiyi məlumata görə, F.Mustafayev artıq tutulub. Məlum olub ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında baş verib və N.Qaralova ümumilikdə 12 bıçaq zərbəsi endirilib.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda metronun çıxışında gənc oğlanı döyüb 1100 manatını apardılar
Bakıda metro stansiyasından çölə çıxan şəxs döyülərək ağır xəsarət alıb. "Report"un xəbərinə görə, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığınd...