Bakıda maşın itələyən polislərin videosunu yayan gənc həbs olundu – VİDEO

Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub.
Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu video oktyaörın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu hərəkətini ələ salmağa çalışıb. Bu video yayılandan iki gün sonra saxlanılan gənc xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılıb və 15 gün həbs cəzası alıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 1993-cü ildə Bakıda anadan olmuş, Xətai rayon sakini Mahmudbəyli Seymur Məmməd oğludur. O, hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir.
BAKU.WS
Oxşar xəbərlər
"Porchse" ilə "avtoş"luq edən "Zadnı Rəhman"a 20 sutka həbs cəzası verildi – VİDEO
Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib. Avtosfer.az-ın Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata...
