Vəkil general qohumunun həbsxanada yer süpürməsi ilə bağlı şəkillərdən danışdı
"Son vaxtlar KİV-də və internet saytlarında İsa Əzizovun inzibati həbs olunanların saxlanma məntəqəsində guya təmizlik işləri aparması barədə yayılan görüntülərdəki şəxs İsa Əzizov deyil”. BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında İsa Əzizovun vəkili Gülşən Salmanov deyib. G. Salmanova qeyd edib ki, həmin məntəqədə saxlanılan şəxslərin fotoşəkillərinin görüntüdəki kimi çəkilməsi mümkün deyil: "Həmin fotoşəkilin İsa Əzizova qətiyyən adiyyatı yoxdur. Bu məlumatlar hansısa şəxslərin maraqları ucbatından qərəzli şəkildə yayılır. Bu cür informasiyaların kim tərəfindən və hansı məqsədlə yayılmasının səbələri bizə məlum deyil. Hazırda İsa Əzizov məhkəmənin qərarına əsasən ona təyin olunmuş 30 sutka inzibati həbs cəzasını çəkir. Onun saxlanma şəraiti normaldır və hər hansı təzyiq olunması barədə heç bir şikayəti yoxdur”. Qeyd edək ki, bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparması haqqında bir sıra KİV-də məlumat və foto yayılıb. Daxili İşlər Nazirliyi isə İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu və aşağılandığı haqqında bir sıra yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: "Belə ki, "İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında” təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”. Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb. BAKU.WS
Oxşar xəbərlər
Süpürgəli şəkli yayılan generalın qohumu ilə bağlı rəsmi açıqlama
Daxili İşlər Nazirliyi (DİN) bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxland...