Bakıda küçədə yaşayan iş adamı barədə YENİ XƏBƏR – VİDEO

Bakıda küçədə yaşayan iş adamı barədə YENİ XƏBƏR – VİDEO
Video
Hadisə 1872
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünən “lent.az”da dərc olunan "Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI" yazısına operativ reaksiya verib.BAKU.WS xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məsələyə münasibət bildirib. O, “lent.az”ın sorğusuna cavab olaraq bildirib ki, Akif Əliyev dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilib: "Lakin onun vəziyyəti ağırdır. Qanqrenası və hepatiti var. Müalicə olunduqdan sonra Akif Əliyev sığınacaqlardan birinə yerləşdiriləcək".Qeyd edək ki, Akif Əliyev Moskvada və Kiyevdə iki universitet bitirib, iş adamı olub, lakin sonradan fırıldaqçılıqla üzləşərək hər şeyini - işini, mülkünü və ailəsini itirib. Xeyli müddətdir küçədə yaşayır. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

2 universitet bitirən eks-iş adamı Bakıda küçədə yaşayır - VİDEO+FOTO

2 universitet bitirən eks-iş adamı Bakıda küçədə yaşayır - VİDEO+FOTO

İki universitet bitirən, keçmiş şirkət rəhbərinin küçədə çarəsiz vəziyyətdə yaşaması ilə bağlı sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. BAKU.WS...

3237 Video 10:03 26 iyul 2018

Son xəbərlər