Eldar Mahmudovun "akula"sı azadlığa buraxılıb

Eldar Mahmudovun akulası azadlığa buraxılıb
Hadisə 4766
 

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayevin həbsi ilə bağlı vəkili Abbas Atakişiyev açıqlama verib.

Vəkil "Qafqazinfo”ya bildirib ki, Akif Mustafayev 10 gün əvvəl İspaniyada tutulub: "Ekstradisiya prosesinin getməsi barədə məndə məlumat yoxdur. Çünki o tutulduqdan sonra azadlığa  buraxılıb. Haqqında açılan cinayət işinin ləğv edilməsini də bilmirəm. İspaniyada onun vəkili yoxdur, çünki istintaqa cəlb olunmayıb”.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun sağ əli “Akula Akif” İspaniyada həbs olundu

Eldar Mahmudovun sağ əli “Akula Akif” İspaniyada həbs olundu

Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini - "Ak...

3345 Hadisə 17:48 28 oktyabr 2016

Son xəbərlər