Bakıda kafedə kütləvi dava - Ölən və yaralılar var

Bakıda kafedə kütləvi dava - Ölən və yaralılar var
Hadisə 2764

Bakıda qətl törədilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda kafedə kütləvi dava olub, saxlanılanlar var

Bakıda kafedə kütləvi dava olub, saxlanılanlar var

Bakıda kafedə kütləvi dava olub. BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn...

1637 Hadisə 09:18 07 iyul 2017

Son xəbərlər