Bakıda gözləri görməyən kimsəsiz qocanın üzünü siçovullar yedi - VİDEO
06
mar
2019
15:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
80 yaşlı Viktor İvanoviç Sabunçu rayonu Qambay Vəzirov küçəsində gördüyünüz bu təhlükə mənbəyi olan yerdə qalır. Özünün dediyinə görə, heç vaxt ailə həyatı qurmayıb. Neçə illərdir gözləri tutulan qoca çarəsiz vəziyyətdə qonşuların ümidinə qalıb.Sakinlər deyir ki, Viktorun yeganə xatırladığı şəxslər Zabrat 1 qəsəbəsində yaşayan yaxın dostu olmuş İvan İvanoviç və bir vaxtlar onu aldadaraq evini əlindən alıb bu cür təhlükə mənbəyinə atan Montində makler işləmiş İlqardır. Ona bu vəziyyətdə kömək edənlər isə qonşularıdır. Gülzar xanım Viktoru neçə illərdir tanıyır. Viktorun pensiyasını isə ona qulluq edən qonşusu Rübail Ağayev və xanımı alır. Qonşular bildirir ki, bir neçə gün əvvəl siçovullar Viktorun üzünü yaralayıblar. oxu.az
Oxşar xəbərlər
Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas etdi – VİDEO
Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.Bu barədə Daxili İşlər Nazirliyinin mət...