Bakıda faciə: İki uşaq öldü, ana isə xəstəxanaya aparıldı
07
mar
2018
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.BAKU.WS-in “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda 6 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildiri...