Bakıda endirim biabırçılığı: qadınlar dalaşdı, hamilə qadının huşu getdi (FOTO)
Bakıda fəaliyyət göstərən "Mothercare” mağazalar şəbəkəsi endirim adı ilə müştərilərinə hörmətsizlik edib.
"Qafqazinfo”ya müraciət edən müştərilər dünəndən mağazanın həm sosial şəbəkələrdəki səhifəsində, həm də daimi müştərilərə 1 neçə gündür ki, 50 faiz endirim olacağı ilə bağlı məlumat göndərildiyini qeyd ediblər.
Fürsətdən istifadə etmək istəyən analar və hamilə qadınlar sözügedən şirkətin mağazalarına üz tutublar:
""Mothercare”nın Atatürk prospektində fəaliyyət göstərən mağazasında iynə atsaydın yerə düşməzdi. Ən pis mənzərə isə kassa qarşısında idi-100-ə yaxın müştəriyə cəmi iki kassa xidmət edirdi. Saatlarla növbə gözləməyimizə etiraz edəndə menecerlərin təzyiqlərinə məruz qaldıq. Hələ növbə üstündə dalaşan xanımlar, huşunu itirən hamilə qadın... Bütün bu hadisələr məşhur mağazada bu gün demək olar hər saatdan bir baş verirdi. Maraqlıdır ki, illərdir uşaq paltarları satan mağazalar şəbəkəsi hələ də müştəri ilə davranışı öyrənə bilməyib”.
Müştərilər vəziyyətdən narazı olsalar da, saatlarla növbə çəkdiklərini də qeyd ediblər. Onlar hər il bu mənzərə ilə üzləşdiklərini deyirlər. Amma "Mothercare” mağazasının rəhbərliyi illərdir bu problemi həll edə bilmir və ya etmək istəmir.
Onu da qeyd edək ki, sözügedən mağazanın feysbuk səhifəsində də müştərilər kassadakı növbəyə görə narazılıqlarını ifadə ediblər. Alıcılar əlavə ediblər ki, mağazada kondisioner və havalandırma sistemi də söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Hamilə qadının fotosu porno sayta düşdü (FOTO)
22 yaşlı hamilə qadının sosial şəbəkədə paylaşdığı qarnı açıq şəkli müzakirələrə səbəb olub. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, hamilə qad...