“Music Gallery” endirim fırıldağı iddiasına aydınlıq gətirdi (FOTO)
Ötən gün "Music Gallery” Mağazalar Şəbəkəsi haqqında yayımladığımız yazı ilə bağlı rəsmi cavab gəlib. "Music Gallery” Mağazalar Şəbəkəsindən BAKU.WS-ə 18.12.2015-ci il tarixli, "MusicGallery"də endirim fırıldağı: Alıcılar aldadılır” adlı məqalə ilə bağlı təkzib məktubu göndərilib. "Bu yayılan məlumata münasibət bildirməyi müştərilərimiz qarşısında özümüzə borc bildik. İlk olaraq onu qeyd etmək istərdik ki, redaksiyanıza şikayətlə müraciət edən Müştəri Cəmil Əlizadə dünən (17.12.2015) bizim facebook səhifəmizə eyni şikayətlə müraciət etmişdir. Müraciətin skrin edilmiş variantını Sizə təqdim edirik. Müraciətdən də göründüyü kimi, Müştəri 30 noyabr 2015-ci il tarixində mağazalarımızdan birindən blender almışdır. GORENJE HB804E markalı blender bizim həmin tarixlərdə davam edən endirim aksiyası çərçivəsində 55 AZN-ə müştərilərimizə təqdim edilirdi. Məhsulun real qiyməti isə 99.9 AZN təşkil edir. Endirim aksiyası 24.11.2015-14.12.2015-ci il tarixləri əhatə etmişdir. Endirim aksiyası çərçivəsində dərc olunan jurnalı məktuba əlavə edirik.
Lakin 15.12.2015-ci il tarixindən etibarən endirim aksiyasının bitməsi ilə məhsulun qiyməti öz real vəziyyətinə qaytarılıb. (99.90 AZN). Daimi müştərilərimiz üçün sirr deyil ki, Music Gallery mağazalar Şəbəkəsi mütəmadi olaraq "Həftəsonu” endirimləri keçirir. Belə endirimlərdən birində həmin blender (GORENJE HB804E) yenidən endirimlə satışa buraxılmışdır. Məhsula 40% endirim təqdim edilib. 99.9-40%= 59.94 AZN. Müştəri ilə yazışmamızda da bütün bu nüanslar qeyd edilmişdir. Bütün göstərilən faktlardan sonra müştəridən heç bir cavab alınmayıb. Göründüyü kimi burda müştəriləri aldatma faktı yoxdur. Söhbət müxtəlif vaxtlarda, müxtəlif endirim aksiyalarından gedir. Biz Music Gallery olaraq sərfəli qiymətlər və keyfiyyətli məhsullarla müştərilərimizin daim xidmətindəyik”, - deyə şirkətdən bildirilir. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Sığorta haqqında endirimlər ləğv edilir
Azərbaycanda sığorta şirkətləri üçün sığorta haqqında endirim tətbiq etmək qadağan ediləcək. Fins.az-ın məlumatına görə, bu barədə "İcbari sığortalar haqqında...