Bakıda DƏHŞƏT – Qardaş qardaşı güllələyib öldürdü

Bakıda DƏHŞƏT – Qardaş qardaşı güllələyib öldürdü
Hadisə 2528
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılıb.Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ-34” markalı ov tüfəngi götürülüb.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Kafenin qarşısında kişini qətlə yetirdilər

Kafenin qarşısında kişini qətlə yetirdilər

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”l...

824 Hadisə 13:15 16 yanvar 2019

Son xəbərlər