Bakıda daha bir yanğın - 15 nəfər təxliyyə olundu

Bakıda daha bir yanğın - 15 nəfər təxliyyə olundu
Hadisə 3814

Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, binanın çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.BAKU.WS

Son xəbərlər