Bakıda daha bir sürüşmə: Qəbirstanlığın divarı uçdu – FOTO

17
okt
2018
11:35
Bakıda, Bibiheybətə gedən yolda divar uçub.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıbAşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.BAKU.WS










Oxşar xəbərlər
Hacıbala Abutalıbov və Eldar Əzizov hadisə yerinə gəldilər (FOTO)
Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər...
