Bakıda daha bir sərnişin avtobusu yandı – VİDEO

Bakıda daha bir sərnişin avtobusu yandı – VİDEO
Video
Hadisə 926
Bakıda daha bir sərnişin avtobusu yanıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib. Onun verdiyi məlumata görə, bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət avtobusda yanğın hadisəsi olub. Məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər