Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA

Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA
Hadisə 1746
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün 57 nömrəli avtobusun sürücüsünün maşını dayanacaqdan kənarda saxlamadığına görə sərnişin tərəfindən vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, insident 90 RB 868 dövlət nömrə nişanlı avtobusda baş verib.“Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirməyib. Bundan sonra sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa davaya cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib”, - deyə M.Ağayev bildirib.Qurum rəsmisi deyib ki, BNA bir daha sərnişinləri və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir: “BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir”.BAKU.WS

Son xəbərlər