Bakıda daha bir ana faciəsi
Bu gün Bakıda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib.
BAKU.WS-in məlumatına görə, Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Trend-ə bildirib ki, 19 yaşlı Nemətova Aysel bu gün səhər saatlarında dünyasını dəyişib. Bu, onun ilk hamilələyi olub.
S.Məmmədova qeyd edib ki, A.Nemətovanın dünyaya gətirdiyi oğlan uşağı tam sağlamdır: "Uşaq 3 kq 700 qram çəki ilə dünyaya gəlib. Uşaq salamatdır. Ananın özündə isə ağır formalı preeklampsiya xəstəliyi ( hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlik) olub".
Baş mama-ginekoloq əlavə edib ki, qadın zahılıq dövrünün 5-ci sutkasında dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır:
"Bizə araşdırmanın nəticəsi təqdim edildikdən sonra lazımi təhlilləri aparacağıq və bundan sonra da rəy verə bilərik”.
S.Məmmədova qeyd edib ki, bu, 2017-ci il ərzində baş verən 11-ci ana ölümüdür.
Baş mama-ginekoloq builki ana ölümlərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, eyni olduğunu da söyləyib.
Səhiyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, A.Nemətovanınn meyitinin ilkin müayinəsi keçirilib. Məlum olub ki, qanxama baş verdiyindən A.Nemətovanın uşaqlığı əməliyyatla götürülüb. A.Nemətova komada olub, daha sonra isə dünyasını dəyişib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda doğuş zamanı 8 ana ölüb..
Bu il Azərbaycanda doğuş zamanı 8 ana ölümü hadisəsi baş verib. BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, bunu jurnalistlətə açıqlamasında Respublika Perin...