Bakıda bomba həyəcanı: Körpüdə axtarış aparıldı (YENİLƏNİB)

Bakıda bomba həyəcanı: Körpüdə axtarış aparıldı (YENİLƏNİB)
Hadisə 27294

Bu gün axşam saatlarında paytaxt Bakıda bomba həyəcanı yaşanıb.

BAKU.WS-in verdiyi məlumata görə, bu gün axşam saat 19:00 radələrindən təxminən 22:00-dək Xətai prospektindən Heydər Əliyev Prospektinə gedən yol bağlanıb. Körpünün altı və ərzidəki  maşınlar xüsusi cihazla yoxlanılıb. Polislərin sürücülərə verdiyi məlumata görə, Xətai Prospektini Heydər Əliyev prospekti ilə birləşdirən körpüyə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Məlumata görə əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər təhkim olunub.

Bir saatlıq axtarışın nəticəsində ərazidən heç nə tapılmayıb. Daha sonra 4 sıralı yolun üzərində avtomobillərin gediş-gəlişinə icazə verilib.

BAKU.WS

Oxşar xəbərlər

28 Mall-da bomba həyəcanı

28 Mall-da bomba həyəcanı

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata g...

2570 Hadisə 20:13 04 aprel 2016

Son xəbərlər