Bakıda baş vermiş ən dəhşətli qəzalar (VİDEO)

23
noy
2018
11:27
Bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu, 3,7 faiz azdır. Qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.Sevindirici hal odur ki, qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq yol qəzalarından qaçmaq mümkün deyil. Son 9 ay ərzində baş verən qəzaların 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib. Qəzaların 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Əksər qəzalar yüksək sürət, qayda pozuntusu zamanı baş verir. Məsuliyyətsiz sürücülərin səhvini isə günahsız sərnişinlər və digər sürücülər çəkir. Bir anlıq səhv sonda böyük faciələrə gətirib çıxarır. Bu cür qəzalardan yan qaçmağın bir yolu var. İntizamlı sürücü olmaq və qaydalara riayət etmək sizi qəzalardan qoruya bilər. Bakıda müxtəlif tarixlərdə baş vermiş yol qəzalarını təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycana yarım milyon ərəb gəlib
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və və...
