Bakıda 15 yaşlı qız uşaq doğdu
Bakıda yetkinlik yaşına çatmamış qız ana olub.
BAKU.WS-in Sputnik Azərbaycan-a istinadən verdiyi xəbərdə bildirilir ki, fakt Bakı şəhərində yerləşən 10 nömrəli xəstəxanada qeydə alınıb. Xəzər rayon Polis şöbəsinə daxil olan məlumatda bildirlir ki, 2002-ci il təvəllüdlü Zirə qəsəbə sakini 19 fevral saat 9.30-da xəstəxanaya yerləşdirilib və orda dünyaya oğlan uşağı gətirib.
Həkimlər bu faktı təsdiqləyərək qızın ailə vəziyyətində və ya zorlanmaya məruz qalaraq hamilə qaldığını açıqlamayıblar. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Liya Bayramova faktı təsdiq edərək ananın və uşağın vəziyyətinin stabil olduğunu bildirib. Uşağın atasının kimliyi hələ ki, məlum deyil.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ŞOK hadisə: 3 oğlan qızı 5 ay ərzində dəfələrlə zorladı
Bakı qəsəbələrindən birinin sakinləri 5 ay müddətində mütəmadi olaraq 14 yaşlı qazla intim əlaqəyə giriblər, qızın anası isə bu barədə tam təsadüfən xəbər tutub...