Bakı-Sumqayıt qatarında problem: yolda qaldı

Bakı-Sumqayıt sərnişin qatarının hərəkətində problem yaranıb.
BAKU.WS-in məlumatına görə, gecikməyə səbəb Balakən-Bakı qatarında meydana gələn problem səbəb olub.
Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, Balakən-Bakı qatarı stansiyaya daxil olarkən dəmiryolu xəttində gərginlik yaranıb. Nəticədə digər istiqamətdən hərəkət edən Bakı-Sumqayıt sərnişin qatarını stansiyaya qəbul etmək mümkün olmayıb və bu, gecikməyə səbəb olub.
Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Bakı-Sumqayıt sərnişin qatarının işıqların sönməsi nəticəsində dayandığı ilə bağlı yayılan məlumatları təkzib edib.
Şahin Həbibov
BAKU.WS

Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarının sərnişinləri bu xəbəri mütləq oxusun!
Oktyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. Bu, Biləcəri...