Bakı metrosunda həyəcanlı anlar – İnsan öldü

Bakı metrosunda həyəcanlı anlar – İnsan öldü
Hadisə 3869

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, səhər saat 08:50-da “Nəriman Nərimanov” stansiyasında platformada yaşlı kişinin halı pisləşib və o qəfil yıxılıb.Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Həkimlər hadisə yerinə gələnə qədər həmin şəxs dünyasını dəyişib.Ölən şəxsin 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Hidayət Şaban oğlu Ömərov olduğu məlum olub.Onun öz əcəli ilə öldüyü bildirilib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər