Bakı metrosunda həyəcana səbəb olan maşinistdən XƏBƏR VAR
01
avq
2018
17:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Metronun “28 May” stansiyasında qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayan maşinistə sonuncu xəbərdarlıqla töhmət verilib”. BAKU.WS xəbər verir ki, bunu “Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.B.Məmmədovun sözlərinə görə, maşinist öz səhvini etiraf edib:“Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb. Bunun əsasında bütün təlimatçı-maşinistlərə bütün lokomotiv briqadaları ilə bu nümunə əsasında ciddi iş aparılması üçün ciddi tapşırıqlar verilib”.Qeyd edək ki, ötən gün səhər saat 08:29-da “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar “28 May” stansiyasında hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda maşinistdən qəribə addım - hər kəsi qorxuya saldı (VİDEO)
"Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.Məlumatı “Report”a təsdiqləyən qurumun mətbuat xidm...