Bakı çimərliyində qadın bıçaqlandı
08
avq
2017
09:15
Bakıda çimərlikdə orta yaşlı qadın bıçaqlanıb.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə məlumat verilib.
Polis araşdırma aparır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 24 yaşlı qızı 16 bıçaq zərbəsi ilə qanına qəltan etdilər
Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib. BAKU.WS-in Report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Biləcəri qəsəbə...