Bakı-Şamaxı yolunda avtomobil aşdı - Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO

Bakı-Şamaxı yolunda avtomobil aşdı - Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO
Hadisə 2455
 

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

BAKU.WS ARB TV-yə istinadla xəbər verir ki, Bakı şəhər sakini 25 yaşlı Ceyhun Kərimov "KİA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və həyat yoldaşı 24 yaşlı Ziyafət Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili yardım avtomobili ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və tətqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qaxda avtomobil aşıb, ölən və yaralanan var

Qaxda avtomobil aşıb, ölən və yaralanan var

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistra...

2212 Hadisə 19:06 27 mart 2017

Son xəbərlər