Bağban villadan 5 minlik dekorativ bitkilər oğurladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bağ evindən 30 ədəd dekorativ bitki oğurlanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evin həyətindən 5000 manat dəyərində 30 ədəd dekorativ bitki oğurlanıb.
Ev sahibi polisə məlumat verərək hadisənin 3-5 aprel tarixləri arasında mənzildə olmadığı dövrdə baş verdiyini bildirib. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar isə dekorativ bitkilərin elə həmin evdə bağban işləyən paytaxt sakini Samir Allahverdiyev tərəfindən oğurlanmasını ortaya çıxarıb.
Bağban saxlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...