Babək rayonunda yol qəzası olub, yaralananlar var
05
iyl
2024
23:48
Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.
“Report”un yerli bürosu xəbər verir ki, rayonun Cəhri qəsəbəsi ərazisində baş verən qəzada iki məktəbli xəsarət alıb.
Hadisə zamanı Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Rəhimli Rəhim Famil oğlu və Babək şəhər sakini Babazadə Rza Səid oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını evinə apardı - Əri zəng edəndə...
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb. BAKU.WS “teleqr...