BƏƏ-dən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə qaytarılıb

28
mar
2017
14:28
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə təhvil verilib.
BAKU.WS Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.
BAKU.WS

Oxşar xəbərlər
Ərəblər yenidən Azərbaycana axışır: Hotellərdə boş yer qalmayıb
"Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək”. BAKU.WS...