Azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kliniki Tibbi Mərkəzində (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb.
KTM-dən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cism udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.
Uşaq qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən uşaq ambulator müalicə üçün evə buraxılıb.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...