“Azərsun”un oğurlanan yük maşını tapıldı - 20 ton ət var idi...
Ukraynada içərisində "Azərsun Holding"ə məxsus 20 ton ət olan maşın, o cümlədən Bakıya Polşadan gətirilən 300 min ABŞ dolları dəyərində dərman yüklü avtomobil oğurlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Azərsun Holding"ə məxsus yük Ukraynadakı tədarükçü tərəfindən aparılan danışıqlar nəticəsində azad edilib.
Yük Azərbaycana yola salınıb. "Azərsun Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov faktı təsdiqləyib, bildirib ki, yük Holdingin Qafqaz Konserv Zavoduna məxsusdur.
Digər yükdən isə heç bir xəbər yoxdur.
Qeyd edək ki, son bir neçə ay ərzində Ukrayna ərazisində içərisində Azərbaycana məxsus şirkətlərin yükü olan 20-dək maşın oğurlanıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına və Ali Radaya (parlament) müraciət olunsa da, hələlik nəticə yoxdur.
BAKU.WS
Oxşar xəbərlər
“Azərsun Holdinq” daha 42 məhsulun qiymətlərini aşağı saldı
Son aylar ərzində milli valyutamızın ABŞ dolları qarşısında dəyər qazanması ölkə həyatının müxtəlif sahələrində müsbət özünü göstərir. Azərbaycanın aparıcı şirk...