Gənc qız Azərbaycanda direktor təyin edildi
Türkiyənin aparıcı tikinti qruplarında satış və marketinq direktoru vəzifəsini yerinə yetirmiş Bahar Düzgün, "Azərsun Holdinq”in Bakıda həyata keçirdiyi "Dreamland Country & Life” layihəsinin Satış və Marketinq Bölməsinə direktor təyin edilib.
BAKU.WS "Marja”ya istinadən xəbər verir ki, Bahar Düzgün, "Yüksəliş” Kolleci və "Bilkənd” Universitetindən Bank və Maliyyə Bölümündən məzun olduqdan sonra "Süzer Holding”də Satış və icarə müdiri olaraq iş həyatına başlayıb. "Rixos Grup FTG Development”də Satış və Marketinq Baş Direktor Müavini vəzifəsini yerinə yetirmiş Düzgün, daha sonra "Emay İnşaat”, "Türkerler Holding” və "Erkanlı Grup” kimi tikinti sektorunun nəhəng şirkətlərində satış və marketinq direktorluğu edib.
Bahar Düzgün, 2016-cı ilin oktyabr ayından etibarən Azərbaycanın aparıcı holdinqi – "Azərsun Holdinq”in "Dreamland Country & Life” Layihəsinin Satış və Marketinq departamentinə rəhbər təyin edilib.
"Dreamland” (Xəyal Adası) Bakıda Binə qəsəbəsində 330 hektar sahədə yerləşən unikal bir yaşayış kompleksidir.
Oxşar xəbərlər
Gilan Holding mütəxəssislərin ixtisaslaşmasına dəstək oldu - FOTO
Qeyri-neft sektoruna göstərdiyi dəstəyi ilə seçilən Gilan Holding bu dəfə biznesin aparıcı qüvvələri olan marketinq mütəxəssislərinin ixtisaslaşmasına dəstək ol...