Gilan Holding mütəxəssislərin ixtisaslaşmasına dəstək oldu - FOTO
Qeyri-neft sektoruna göstərdiyi dəstəyi ilə seçilən Gilan Holding bu dəfə biznesin aparıcı qüvvələri olan marketinq mütəxəssislərinin ixtisaslaşmasına dəstək oldu. Layihə çərçivəsində yerli marketinq mütəxəssisləri 1 gün ərzində bir-biri ilə təcrübəsini paylaşacaq, rəqəmsal marketinq alətlərinin effektiv tətbiqini müzakirə edəcəklər.
Konfrans 5 Noyabr tarixində Badamdar oteldə keçiriləcək. Tədbirdə 500 nəfərədək marketinq mütəxəssisinin iştirakı planlaşdırılıb. Spikerlər "Gələcəyə gəl” şüarı altında rəqəmsal marketinq üzrə təcrübələrini paylaşacaq. Həmçinin, konfransda bir nəfər Türkiyədən qonaq spiker iştirak edəcək.
Qeyd edək ki, Rəqəmsal Marketinq konfransı Facemark.az, ölkənin ilk onlayn marketinq kanalı olan FMR TV və Marketing AİR komandası tərəfindən illik olaraq keçirilir. Bu il 2-ci dəfə keçiriləcək konfransın məqsədi biznesin rəqəmsal platformalarda inkişafını, rəqəmsal marketinq alətlərindən düzgün və effektiv istifadəni stimullaşdırmaqdır.
Ətraflı məlumatı www.dmcbaku.az saytı və Facebook.com/dmcbaku.az səhifəsindən əldə edə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Köhnə televizoru olanların nəzərinə - Video
Xəbər verdiyimiz kimi, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Xez...