Azərbaycanın 23 rayonunda internet kəsiləcək (RƏSMİ)
09
okt
2017
16:57
"Aztelekom" internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.BAKU.WS-in məlumatına görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.Bu məqsədlə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə işlər aparılacaq.Texniki yenilənmə işləri ilə əlaqədar 11oktyabr saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.BAKU.WS
Oxşar xəbərlər
Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti – SİYAHI
Bakı Beynəlxalq Avtovağzalı ilə bağlı şikayətlər səngimək bilmir.BAKU.WS mətbuat.az-a istinadən xəbər verir ki, ən çox şikayətlər sürücülərin özbaşına qiymət qo...