Azərbaycanlı Rembo qoyun oğurladı
06
may
2018
11:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar və Cəlilabad rayonlarında oğurluq edən şəxslər saxlanılıb.BAKU.WS-in DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 13-nə keçən gecə Ucarın Yuxarı Çiyni kənd sakini Elnur Kərimov yardımçı təsərrüfatından 1 baş qoyun oğurlanıb.Oğurluğu törətməkdə şübhəli rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı saxlanılıb. Onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.Aprelin 28-nə keçən gecə Cəlilabad rayonu Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 3 oğru saxlanılıb
Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3...