Azərbaycanlı ər həyat yoldaşını döyüb öldürdü - FOTO
07
apr
2019
10:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada 33 yaşlı Azərbaycanlı qadın əri tərəfindən döyülüb. Onun aldığı ağır xəsarətlər sonradan ölümünə səbəb olub.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə mart ayının sonlarında Rusiyanın Amur vilayətinin Xabarovsk şəhərində baş verib.Həmin şəhərdə yaşayan və əslən Masallı rayonunun Xallıcallı kəndindən olan 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı həyat yoldaşı Quliyev Nazim Mahmud oğlu tərəfindən döyülərək öldürülüb. Bu baradə, mərhumun qardaşı Zamiq Mirzəyev məlumat verib.Z.Mirzəyevin sözlərinə görə, bacısı döyüldükdən sonra mart ayının 26-da, ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. Ailəsi İ.Quliyevanın cansız bədənini aprelin 4-də təhvil alib, məhkəmə tibb müayinəsindən sonra isə dünən axşam dəfn ediblər.Faktla bağlı cinayət işinin başlanıldığı bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın ərini döydü - kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Bakıda kişi həyat yoldaşı tərəfindən döyülüb.BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Xətai rayonu, Zığ yolu şossesində baş verib.1985-ci il təvə...